15:40 - 6.07.2026
6 iyul, Fineko/abc.az. "Kredit Evi" ASC-nin səhmlərinin 50 %-nə nəzarət edən Kazım Hüseynov payını bağışlayıb.
ABC.AZ xəbər verir ki, o payını Dürrə Hüseynovaya verib.
Şirkətin səhmlərinin qalan 50 %-i əvvəlki kimi Səbuhi Əzizova məxsusdur.
Xatırladaq ki, "Kredit Evi" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 404 min manatdır. S.Əzizov həm də "Merkuri" QSC bank olmayan kredit təşkilatının səhmlərinin 50 %-nə nəzarət edir.