17:05 - 3.07.2026
3 iyul, Fineko/abc.az. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2026-cı ildə dünya üzrə taxıl istehsalı proqnozunu 2,98 milyard ton səviyyəsində saxlayıb. Bu, ötən ilki rekord göstəricidən 1,9% aşağı olsa da, tarixdə ikinci ən yüksək göstəricidir. Buğda üzrə proqnozun azalması (806,5 milyon tona qədər) qarğıdalı ilə bağlı gözləntilərin yaxşılaşması ilə kompensasiya edilib, düyü istehsalı isə demək olar ki, dəyişməyib.
2026–2027-ci illər mövsümündə taxıl istehlakının 2,96 milyard ton (+0,3% illik ifadədə) olacağı gözlənilir ki, bu da yemlik bitkilərə olan tələbatın artması və düyü istehlakının rekord səviyyəyə çatması ilə bağlıdır. Ehtiyatlar təxminən 1% artacaq və ehtiyatların istehlaka nisbəti təxminən 32% səviyyəsində qalacaq.
Dünya taxıl ticarəti ümumilikdə sabit qalacaq (təxminən 507 milyon ton): qarğıdalı tədarükünün artması buğda və arpa ticarətindəki azalmanı qismən kompensasiya edəcək, düyü ticarətinin həcmi isə bir qədər azalacaq.