İKZF keçən il 2024-cü illə müqayisədə 5,2% daha az yaşayış sahəsi satın alıb

15:46 - 3.07.2026


3 iyul, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2025-ci il ərzində satmaq öhdəliyi ilə kirayə məqsədli yaşayış sahələri fonduna 311,214 milyon manat həcmində mənzil əlavə edib.

Bu barədə Fondun açıqladığı hesabatda qeyd edilib. Bu göstərici 2024-2025-ci illəri əhatə edən dövrdə yaşayış sahələri fondunun həcminin demək olar ki, 2 dəfə böyüməsini ifadə edir. Bununla belə, keçən il 2024-cü illə müqayisədə 5,2 % daha az yaşayış sahəsi satın alınıb.

Hesabat dövrü ərzində yaşayış sahələrinə aid avans ödəmələri 27,7 % geriləyərək 185,511 milyon manat səviyyəsinə enib, satmaq öhdəliyi ilə kirayə üçün təmirli yaşayış sahələrinin dəyəri isə 75,1 % yüksələrək 125,703 milyon manata çatıb.

Qeyd edək ki, İKZF ölkə Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı əsasında, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkil edilməsi yolu ilə fəaliyyətə başlayıb.