17:05 - 2.07.2026
2 iyul, Fineko/abc.az. Coca-Cola Co. Hindistandakı içki doldurma biznesi olan Hindustan Coca-Cola Beverages üzrə IPO-ya hazırlığa başlayıb və təxminən 1 milyard dollar gətirə biləcək sövdələşmədə iştirak üçün bankları dəvət edib.
Bu barədə Bloomberg xəbər verir.
Məlumata görə, şirkət aktivini təxminən 10 milyard dollar dəyərində qiymətləndirməyi planlaşdırır. Yerləşdirmə beynəlxalq korporasiyaların investor tələbinin yüksək olması fonunda Hindistandakı bölmələrini birjaya çıxarması tendensiyası çərçivəsində həyata keçirilir.