15:23 - 23.06.2026
23 iyun, Fineko/abc.az. “Gəncə Sukanal” Törəmə ASC (VÖEN: 2300446411) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə qoşulur.
ABC.AZ xəbər verir ki, bu qoşulma ilə ASC ləğv edilir. Şirkətin ləğv edilməsi ilə bağlı kreditorlar Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi 76a ünvanında yerləşən “Gəncə Sukanal” Törəmə ASC-yə müraciət edə bilərlər.
Qeyd edək ki, “Gəncə Sukanal” Törəmə ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 7 milyon 673 min manat olan şirkətin qanuni təmsilçisi Verdiyev Şöhrəddin Eldar oğludur. Şirkətin cari vergi borcu 932 min 675 manatdır.
10 İyul 2026
10 İyul 2026