Inter Ikea mənfəətin azalması fonunda 2 minədək işçini ixtisar edəcək

16:34 - 18.05.2026


18 may, Fineko/abc.az. Inter Ikea Group daha 850 əməkdaşını ixtisar etməyi planlaşdırır — bu, son iki ayda üçüncü ixtisar mərhələsidir. Ümumilikdə təxminən 2 min nəfər işsiz qalacaq, onların yarıdan çoxu İsveçdədir.

ABC.AZ xəbər verir ki, ixtisarlar mərhələli şəkildə həyata keçiriləcək: təxminən 600 nəfər yayadək, daha 250 nəfər isə payızın əvvəlində işdən azad olunacaq. Şirkətin əsas ofisləri İsveç və Niderlandda yerləşir.

Səbəb kimi maliyyə göstəricilərinin pisləşməsi göstərilir: şirkətin mənfəəti 25 milyard kronadan təxminən 19 milyard kronaya düşüb. Həmçinin qlobal qeyri-müəyyənliyin istehlak tələbinə təsiri də vurğulanır.