ABŞ-la İsrailin İrana qarşı başlatdığı müharibə dünya biznesinə 25 milyard dollar zərər vurub

15:56 - 18.05.2026


18 may, Fineko/abc.az. ABŞ-la İsrailin İran qarşı başlatdığı müharibə artıq dünya biznesinə 25 milyard dollar zərər vurub və bu rəqəm artmaqda davam edir.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters ABŞ, Avropa və Asiya birjalarında siyahıya alınmış şirkətlərin korporativ məlumatlarının təhlilinə istinadən məlumat yayıb.

Məlumata görə, ən azı 279 şirkət İranla bağlı münaqişəni təcili tədbirlər görmək üçün səbəb kimi göstərib. Bu tədbirlərə qiymətlərin artırılması və istehsalın azaldılması daxildir.

Digər şirkətlər isə dividendlərin və səhmlərin geri alınmasının dayandırılması, işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi, yanacaq əlavələrinin tətbiqi və ya dövlət yardımına müraciət kimi addımlar atıblar.