“Nissan”ın 2025-ci maliyyə ilində xalis zərəri 533,10 milyard yen olub

17:29 - 13.05.2026


13 may, Fineko/abc.az. “Nissan Motor” 2025 maliyyə ili üzrə restrukturizasiya xərcləri fonunda 533,1 mlrd yen (3,4 mlrd dollar) xalis zərər qeydə alıb.

ABC.AZ xəbər verir ki, əməliyyat mənfəəti 16,9% azalaraq 58 mlrd yenə düşüb, satışlar isə 4,9% azalaraq 12 trln yen təşkil edib. Şirkət ikinci ildir ki, zərərlə işləyir.

Bununla belə, “Nissan” cari maliyyə ilində yenidən mənfəətə qayıdacağını gözləyir və xalis mənfəəti 20 mlrd yen səviyyəsində proqnozlaşdırır.