10:21 - 12.05.2026
12 may, Fineko/abc.az. “TVM İnşaat” MMC yenidən nizamnamə kapitalını azaldır.
ABC.AZ xəbər verir ki, “TVM İnşaat” MMC nizamnamə kapitalını 1 189 610 manata azaldığını elan edir.
Xatırladaq ki, “TVM İnşaat” şirkəti bundan əvvəl nizamnamə kapitalını 2 189 610 manata azaldığını elan etmişdir.
Belə ki, MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılıb.
Onu da qeyd edək ki, inşaat şirkətinin qanuni təmsilçisi Musa Ağayevdir.
10 İyul 2026
10 İyul 2026