Sony gəliri artırdı, lakin xalis mənfəəti azaldı

11:50 - 8.05.2026


8 may, Fineko/abc.az. Sony 2025-ci maliyyə ili üzrə (31 martda başa çatıb) gəlirini 4% artıraraq 12,48 trln yenə çatdırıb. Əməliyyat mənfəəti 13% artaraq 1,45 trln yen olub, xalis mənfəət isə 3% azalaraq 1,03 trln yen təşkil edib.

ABC.AZ xəbər verir ki, PlayStation 5 satışları 16 milyon ədəd olub (illik müqayisədə –14%). Cari ildə şirkət əməliyyat mənfəətinin 1,6 trln yenə (+11%) çatacağını gözləyir.

Şirkət həmçinin 500 mlrd yen ($3,2 mlrd) həcmində səhmlərin geri alınması (buyback) proqramını elan edib. Bu fonda səhmlər əvvəlcə 7%-dən çox artsa da, Bakı vaxtı ilə saat 09:25-ə artım 1,82%-ə qədər zəifləyib.