10:54 - 6.05.2026
6 may, Fineko/abc.az. Deutsche Lufthansa rüblük zərərini 612 milyon avroya qədər azaldıb (ötən il — 722 milyon avro) və analitiklərin gözləntilərini üstələyib. Gəlir 8% artaraq 8,7 milyard avroya çatıb, lakin proqnozlardan aşağı qalıb.
ABC.AZ xəbər verir ki, şirkət sərnişin və yük daşımalarına yüksək tələbat gözləyərək illik proqnozunu dəyişməyib. Eyni zamanda, Yaxın Şərqdəki müharibə yanacaq xərclərini 1,7 milyard avro artırıb. Aviaşirkət bu yükü bilet qiymətlərinin artırılması, reyslərin azaldılması və xərclərin optimallaşdırılması hesabına kompensasiya etməyi planlaşdırır.
10 İyul 2026
10 İyul 2026