Ferrari 2026-cı ilin I rübündə gəlirini artırıb, lakin tədarüklər azalıb

16:34 - 5.05.2026


5 may, Fineko/abc.az. İtaliyanın idman avtomobilləri istehsalçısı Ferrari-nin 2026-cı ilin I rübündə gəliri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 1,85 milyard avroya çatıb.

ABC.AZ xəbər verir ki, nəticə Uoll-strit gözləntilərini üstələyib: analitiklər gəlirin 1,82 milyard avro olacağını proqnozlaşdırırdı. Şirkətin xalis mənfəəti yanvar–mart dövründə 413 milyon avro təşkil edib (ötən il 412 milyon avro idi).

EBITDA göstəricisi 722 milyon avro olub, analitiklər isə 710 milyon avro gözləyirdilər.

Bununla belə, Ferrari avtomobillərinin tədarük həcmi azalaraq 3436 ədəd təşkil edib (əvvəlki il 3593 ədəd).