14:31 - 5.05.2026
5 may, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə Pinterest-in gəliri 18% artaraq 1 milyard dollara çatıb və bazar gözləntilərini üstələyib. Lakin xərclərin artması fonunda şirkət 73 milyon dollar xalis zərər açıqlayıb, halbuki ötən ilin eyni dövründə mənfəət əldə olunmuşdu.
ABC.AZ xəbər verir ki, şirkət rəhbərliyi, o cümlədən baş icraçı direktor Bill Redi, reklam və süni intellekt alətlərinin inkişafı hesabına ikinci rübdə gəlirin 1,13–1,15 milyard dollar aralığında artacağını gözləyir.
Zərərə baxmayaraq, investorlar xəbəri müsbət qarşılayıb. Belə ki, güclü gəlir göstəriciləri və nikbin proqnoz fonunda səhmlər əhəmiyyətli dərəcədə bahalaşıb.
10 İyul 2026
10 İyul 2026