2024-cü ili 68 min manat xalis zərərlə başa vuran BOKT-yə yeni rəhbər gətirildi

14:05 - 5.05.2026


5 may, Fineko/abc.az. “İrşad Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru dəyişdirilib.

ABC.AZ  xəbər verir ki, təsisçilərin Ümumi Yığıncağının qərarı ilə Bəşir Cəbrayılov Eldar oğlu direktor təyin edilib.

O bu vəzifədə Zaur Miqirov İlqar oğlunu əvəz edib. Miqirov BOKT-nin yarandğı – 2024-cü ildən bu tərəfə direktor kimi çalışıb.

“İrşad BOKT” MMC 2024-cü ili 68 min manat xalis zərərlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə zərərin 37.7 dəfə artdığını göstərir.

Xatırladaq ki, “İrşad BOKT” MMC 2023-cü ildə yaradılıb və 1 milyon 250 min manat nizamnamə kapitalı var. ©Banker.az