16:02 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Samsung Electronics-in yarımkeçiricilər bölməsi 2026-cı ilin I rübünü 53,7 trilyon von (36 milyard dollar) əməliyyat mənfəəti ilə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48 dəfə çoxdur. Qrupun xalis mənfəəti isə 47,1 trilyon von təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.
Artım süni intellekt həllərinin yüksək rentabelliyi və Meta, Alphabet kimi iri texnologiya şirkətlərinin investisiyalarının artması ilə bağlıdır. Yaddaş çatışmazlığı və müqavilə qiymətlərinin artması fonunda analitiklər Samsung-un yaxın rüblərdə mənfəətinin daha da artacağını gözləyirlər.
Cənubi Koreyadan yarımkeçirici ixracı aprelin ilk 20 günü ərzində 2,8 dəfə artıb.
Bu arada Samsung-un təxminən 40 min əməkdaşı maaşların artırılmasını tələb edərək tətil keçirib və may ayında aksiyaların genişləndirilməsi ilə hədələyib. Analitiklər bunun istehsala təsiri ilə bağlı fərqli fikirlər səsləndirirlər.
10 İyul 2026
10 İyul 2026