“Qarabağ Taxıl” MMC-nin nizamnamə kapitalı kəskin azaldılır

11:29 - 30.04.2026


30 aprel, Fineko/abc.az. “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 1.414.000 manat məbləğində azaldılaraq 3.638.442 manat müəyyən edilib.

ABC.AZ xəbər verir ki, bu barədə “Qarabağ Taxıl” MMC-nin bütün debitor və kreditorları məlumatlandırılıb.

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, kreditorlar nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icrasını və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirlər.

Xatırladaq ki, “Qarabağ Taxıl” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Vüqar Baloğlanovdur.