Nazir sahibkarlardan əsas gözləntiləri açıqlayıb

14:34 - 29.04.2026


29 aprel, Fineko/abc.az. İqtisadiyyatın şaxələndirilməsində, xarici iqtisadi siyasətdə, beynəlxalq iqtisadi tərəfdaşların ölkəmizə gəlməsində özəl sektorun rolu böyükdür.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə deyib.

Nazir Azərbaycanın inkişafına vicdanla töhfə verən sahibkarlara təşəkkür edib.

Dövlət də daim sahibkarlığın, xüsusilə kiçik və orta biznesin genişləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü sahələrin inkişafına müxtəlif mexanizmlərlə dəstək göstərir deyən M.Cabbarov qeyd edib ki, sahibkarlıq fəaliyyətinin qlobal çağırışlar fonunda dayanıqlı inkişafının təmin edilməsi üçün bu mexanizmlər daha da genişlənəcək.

“Sahibkarlardan əsas gözləntilərimizdən biri məhsuldarlığın artırılmasıdır. Bunun əsas şərti bilikli və bacarıqlı kadrlardır. Eyni zamanda, müəssisələrin texnoloji səviyyəsinin yüksəldilməsi və uzunmüddətli layihələrə sərmayə qoyuluşu da mühüm amillərdəndir”, - deyə o əlavə edib.