15:13 - 16.04.2026
16 aprel, Fineko/abc.az. Samsung əməkdaşları rekord dərəcədə kütləvi tətil keçirməklə hədələyir və şirkətdən 6 milyard dollar tələb edirlər.
ABC.AZ xəbər verir ki, buna səbəb Samsung -un rüblük mənfəətinin 700% artaraq 39 milyard dollara çatmasıdır. Lakin əməkdaşların sözlərinə görə, bu böyük gəlirə baxmayaraq, maaşlar və sosial güzəştlər uyğun şəkildə artırılmayıb.
Şirkət işçiləri hesab edir ki, mənfəətin bölüşdürülməsi mexanizmi ədalətsizdir.
Etirazçıların əsas tələbi şirkətin illik əməliyyat mənfəətinin 15%-i həcmində bonusların əməkdaşlara ödənilməsidir ki, bu da təxminən 6 milyard dollar təşkil edir.
10 İyul 2026
10 İyul 2026