Walt Disney 1000-ə qədər iş yerini ixtisar edəcək, əsas zərbə marketinq şöbəsinə dəyəcək

16:13 - 9.04.2026


9 aprel, Fineko/abc.az. Walt Disney yaxın həftələrdə 1000-ə qədər iş yerini ixtisar etməyi planlaşdırır, ixtisarların böyük hissəsi marketinq şöbəsini əhatə edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.

Qarşıdakı ixtisar planları Josh D'Amaro mart ayında Disney-in baş icraçı direktoru vəzifəsinə başlamazdan əvvəl formalaşıb.

Gözlənilən ixtisarlar ümumi işçi sayının 1 %-dən az hissəsini əhatə edə bilər. 2025-ci maliyyə ilinin sonuna olan məlumata görə, Disney şirkətində təxminən 231 min nəfər çalışıb.