“Zeytun Pharmaceuticals”in vergi ödənişini bu qədər azaldıb

16:12 - 9.04.2026


9 aprel, Fineko/abc.az. “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1701688171) ötən il 26,7 milyon manat vergi ödəyib.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, şirkətin vergi ödənişi əvvəlki illə müqayisədə 5,6 milyon manat və ya 17,3% azdır.

Belə ki, 2024-cü ildə MMC 32,3 milyon manat vergi ödəmişdi. Şirkət ötən il ən çox vergi ödəyən 100 şirkət arasında 13 pillə geriləyərək 52-ci yerə düşüb.

Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.