“Grand-Mart” MMC-nin dövlətə bu qədər vergi borcu var

12:11 - 8.04.2026


8 aprel, Fineko/abc.az. “Grand-Mart” MMC-nin dövlət qarşısında vergi borcu var.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər belə deməyə əsas verir.

Məlumata əsasən, “Grand-Mart” MMC-nin vergi borcu 368 669.68 manatdır.

Xatırladaq ki, Azərbaycan pərakəndə bazarında 20 ilə yaxındır fəaliyyət göstərən Grandmart supermarketlər şəbəkəsi hazırda 10-dan yuxarı filialla müştərilərin ixtiyarındadır.