Overçuk: Ermənistanda Rusiya biznesinə məhdudiyyətlər erməni şirkətlərinin Rusiyadakı fəaliyyətini sual altına qoya bilər

10:38 - 2.04.2026


2 aprel, Fineko/abc.az. Ermənistanda Rusiya şirkətlərinin fəaliyyətinin arzuolunmaz olması ilə bağlı müzakirələr erməni biznesinin Rusiyadakı fəaliyyətini sual altına qoya bilər.

ABC.AZ xəbər verir ki, bunu TASS-a müsahibəsində Aleksey Overçuk bildirib.

“Reallıq ondan ibarətdir ki, Ermənistan dəmir yolu, əgər qorunub saxlanarsa, əsasən ölkə iqtisadiyyatının tələbatlarına xidmət edən bir xətt olaraq qalacaq və onun real perspektivləri Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlıdır. Bizim marağımız Ermənistanla, eləcə də regionun digər ölkələri ilə ticarətin artırılmasındadır. Lakin bizə deyirlərsə ki, Rusiya şirkətlərinin Ermənistanda fəaliyyəti Ermənistanın maraqlarına uyğun deyil, o zaman qarşılıqlılıq prinsipindən çıxış edərək haqlı sual yaranır — əgər Rusiya şirkətləri və sahibkarları Ermənistanda fəaliyyət göstərə və qazanc əldə edə bilmirsə, niyə erməni şirkətləri və sahibkarları Rusiyada bunu edə bilirlər?” — deyə o qeyd edib.

Overçuk vurğulayıb ki, xarici iqtisadi əlaqələr “iki tərəfli hərəkət yolu”dur.

“Qarşılıqlı ticarət olmadan yük daşımaları mümkün deyil və Ermənistan dəmir yolunun yüklənməsi də bundan asılıdır. Rusiyada fəaliyyət göstərən erməni biznesi buna diqqət yetirməlidir. Bizdə hesab olunur ki, məsələ məhz bu müstəvidə qoyulub və bu barədə açıq danışmaq lazımdır”, — deyə Rusiya baş nazirinin müavini bildirib.