Microsoft 50 milyard dollarlıq sövdələşməyə görə OpenAI və Amazon-u məhkəməyə verə bilər

11:06 - 19.03.2026


19 mart, Fineko/abc.az. Microsoft, OpenAI və Amazon arasındakı 50 milyard dollarlıq tərəfdaşlığın bulud xidmətləri üzrə eksklüziv müqaviləni pozduğunu hesab edərək, onlara qarşı iddia qaldırmağı nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, söhbət süni intellekt (Sİ) modellərinə Azure platformasından kənarda çıxış imkanından gedir.

Tərəflər mübahisəni məhkəməsiz həll etməyə çalışırlar, çünki hüquqi proses bütün iştirakçılara, o cümlədən OpenAI-ın IPO planlarına zərər verə bilər.