14:01 - 2.03.2026
2 mart, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manat dəyərində ipoteka istiqrazları buraxır.
ABC.AZ xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 50 000 ədəd istiqrazı emissiya edilir. Onlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 3.25% təşkil edir. İstiqrazların tədavül müddəti 7 200 gündür.
İstiqrazların “Bakı Fond Birjası” QSC-nin ticarət sistemində kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Emissiya üzrə anderrayter xidmətlərini “İnvest-AZ İnvestisiya şirkəti” QSC göstərir.