Carlsberg Hindistan bölməsinin IPO-su üçün bankları seçib

16:10 - 23.02.2026


23 fevral, Fineko/abc.az. Carlsberg Hindistandakı bölməsinin potensial IPO-suna hazırlıq çərçivəsində üç bank seçib və bu prosesdə 700 mln dollara qədər vəsait cəlb oluna bilər.

ABC.AZ xəbər verir ki, şirkət məsləhətçi kimi Kotak Mahindra Capital Co., həmçinin JPMorgan Chase & Co. və Citigroup Inc.-un yerli bölmələrini seçib. Emissiya prospekti may ayında təqdim oluna bilər.

IPO-nun ilin sonuna doğru ana şirkətin səhmlərinin ikinci dərəcəli satışı formasında keçirilməsi planlaşdırılır. Sövdələşmənin məbləği, strukturu və vaxtı hələ dəqiqləşdirilir.