“Crocus Group” Moskva kənarında 32,5 mln ABŞ dolları dəyərində otel tikəcək

12:26 - 20.02.2026


20 fevral, Fineko/abc.az. “Crocus Group” Barviha kəndində (Odintsovo rayonu) otel kompleksinin tikintisinin podratçısı olacaq. 12 fevral tarixində PPK «Tikinti sahəsində vahid sifarişçi» ilə müqavilə imzalanıb.

ABC.AZ xəbər verir ki, bu məlumatlar dövlət satınalmaları portalından götürülüb. Otelin sahəsi 7,1 min kv.m təşkil edəcək, ümumi işlərin dəyəri 2,66 mlrd rubl (~32,5 mln ABŞ dolları) qiymətləndirilir. Tikintinin dekabr 2027-ci ilədək başa çatdırılması planlaşdırılır.

“Crocus Group”un reallaşdırdığı layihələrin ümumi portfeli 6 mln kv.m-dən çoxdur, o cümlədən “Crocus Expo” sərgi mərkəzi (1,04 mln kv.m) və Kasırski şossesində “Vegas” ticarət mərkəzi (480 min kv.m), hər ikisi Moskva vilayətində yerləşir.