27 illik şirkətin fəaliyyəti müzakirə olunacaq

10:39 - 11.02.2026


11 fevral, Fineko/abc.az. 1 aprel 2026-cı il saat 12:00-da “Mingəçevir-Bazar” QSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Mingəçevir-Bazar” Qapalı Səhmdar Cəmiyyətinin 2025-ci il maliyyə-təsərrüfat fəaliyyətinin təhlili

2. Səhmdarların müraciətlərinə baxılması

3. Digər məsələlər

Xatırladaq ki, “Mingəçevir-Bazar” QSC 1999-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 561 458 manat və qanuni təmsilçisi Rahil Tağıyevdir.