10:11 - 10.02.2026
10 fevral, Fineko/abc.az. 27 mart 2026-cı il saat 11.00-da “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən inzibati binasında səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
ABC.AZ xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin idarə heyətinin 2025-ci ilin yekunları və 2026-cı ildə görüləcək işlər haqqında hesabatı.
2. Müşahidə şurasının hesabatı.
3. Maliyyə–təftiş komissiyasının hesabatı.
4. 2025-ci təsərrüfat ilinin balansının, hesabatların təsdiq edilməsi və xalis mənfəətin bölüşdürülməsi.
5. Təşkilati məsələlər.
10 İyul 2026
10 İyul 2026