Bezos Amazon səhmlərinin düşməsi səbəbilə Forbes siyahısında 5-ci yerə gerilədi

12:06 - 9.02.2026


9 fevral, Fineko/abc.az. Amazon səhmlərinin ucuzlaşması nəticəsində Ceff Bezos Forbes-in milyarderlər reytinqində beşinci yerə geriləyib.

ABC.AZ-ın Bild-ə istinadən verdiyi məlumata görə, şirkətin səhmləri 9 faizdən çox ucuzlaşıb. Buna səbəb zəif mənfəət proqnozu və gələcək xərclərin artması olub ki, bu da investorları narahat edib.

Məlumata görə, Amazon-un qurucusu Ceff Bezosun sərvəti bir gün ərzində 16 milyard dollar azalaraq 218,9 milyard dollara düşüb. Forbes siyahısında onu Meta şirkətinin rəhbəri Mark Zukerberq geridə qoyub. Birinci yeri isə hələ də İlon Mask qoruyub saxlayır.

Bazar üçün əlavə narahatlıq yaradan məqam şirkətin gələn il təxminən 200 milyard dollar investisiya yatırmaq planlarıdır. Analitiklər səhmlərin kütləvi satışını əsasən süni intellektin inkişafına çəkilən xərclərin artması ilə əlaqələndirirlər.