Avropa İttifaqı fermerləri rekord miqdarda tərəvəz məhsulu yığıblar

16:36 - 29.08.2025


29 avqust, Fineko/abc.az. Avropa İttifaqı fermerləri 7 milyon ton soğan yetişdiriblər ki, bunun da 26%-i Hollandiyanın payına düşüb.

ABC.AZ xəbər verir ki, AB-də soğan məhsulu bir il əvvələ nisbətən 11% çox olub. Hollandiyadan sonra soğan istehsalında İspaniya 20% və Almaniya 12% nümayiş etdirib.

2024-cü ildə tərəvəz və bostan məhsulları da yüksək nəticə göstərib və 62,2 milyon ton təşkil edib ki, bu da 58,8 milyon ton istehsal edildiyi 2023-cü ilə nisbətən 6% çox olub.

Avropa İttifaqında ən iri tərəvəz istehsalçıları İspaniya (14,8 milyon ton), İtaliya (13,9 milyon ton) və Fransa (5,8 milyon ton) olub. Ümumilikdə bu üçlük məhsulun 55%-ni toplayıb.

Soğandan əlavə, Aİ-də pomidor və yerkökü istehsalında da yaxşı nəticələr əldə olunub. Pomidor istehsalı 16,8 milyon ton təşkil edib ki, bu da ötən ildən 5% çoxdur. Yerkökü istehsalı isə 4,7 milyon ton olub, 6% artım qeydə alınıb. Avropa İttifaqında pomidor istehsalında lider İtaliya, yerkökü istehsalında isə Almaniya olub.