17:32 - 6.01.2025
6 yanvar, Fineko/abc.az. 2024-cü ilin yanvar-noyabr aylarında 27 min ton əhəng istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,4 min ton və ya 36,3% azdır. Ötən ilin 11 ayı ərzində 42,4 min ton əhəng istehsal edilmişdi.
2024-cü ilin 1 dekabr tarixinə hazır məhsul ehtiyatı 5,5 min ton təşkil edib.
Bu da əvvəlki illə müqayisədə 0,2 min ton və ya 3,5% azalıb.
2023-cü ilin 1 dekabr tarixinə hazır məhsul ehtiyatı 5,7 min ton təşkil edib.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026