Ötən ay Bakıda mənzillər bahalaşıb

14:52 - 22.11.2024


22 noyabr, Fineko/abc.az. Ötən ay Bakıda mənzillər bahalaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən bildirilib. Belə ki, oktyabr ayında fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1.7 faiz artıb.

Yaşayış binalarında və eləcə də qeyri-yaşayış sahələrində əvvəlki aylara nisbətən bahalaşma qeydə alınıb.

Qeyri-yaşayış sahələrində 1.4 faiz aylıq qiymət artımı qeydə alınıb.

Mənzillərd qiymətlər 0.6 faiz yüksəlib və yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb - 2.8 %.