"Azsığorta" ASC və "Eurohome" MMC məhkəmə çəkişməsində

15:30 - 1.05.2024


1 may, Fineko/abc.az. "Azsığorta" ASC "Eurohome" MMC-ni məhkəməyə verib.

ABC.AZ xəbər verir ki, iddianın qaldırılma səbəbi hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - hüquqi şəxsin müflis olması  üzrə mübahisələrdir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Kənan Hüseynov tərəfindən araşdırılacaq.