12:30 - 24.04.2024
24 aprel, Fineko/abc.az. 2023-cü ildə orduya ən çox pulu ABŞ xərcləyib.
ABC.Az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məsələ barədə araşdırmanı “The World Ranking” aparıb.
Araşdırmaya görə, ötən il ABŞ-ın hərbi xərcləri 916 milyard dollar təşkil edib.
Ötən il orduya ən çox pul xərcləyən ölkələri sizə təqdim edir:
1.Amerika Birləşmiş Ştatları: 916 milyard dollar
2.Çin: 296 milyard dollar
3.Rusiya: 109 milyard dollar
4.Hindistan: 83,6 milyard dollar
5.Səudiyyə Ərəbistanı: 75,8 milyard dollar
6.Birləşmiş Krallıq: 74,9 milyard dollar
7.Almaniya: 66,8 milyard dollar
8.Ukrayna: 64,8 milyard dollar
9.Fransa: 61,3 milyard dollar
10.Yaponiya: 50,2 milyard dollar