10:45 - 27.10.2025
27 oktyabr, Fineko/abc.az.Türkiyə və Böyük Britaniya Böyük Britaniyanın Baş naziri Kir Starmerin Ankaraya səfərindən sonra Eurofighter qırıcılarına dair saziş imzalamağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, Starmer oktyabrın 27-də Ankaraya səfər edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu qəbul edəcək, danışıqların yekunları üzrə ikitərəfli sənədlərin imzalanması, o cümlədən Türkiyəyə yeni nəsil 40 Eurofighter təyyarəsinin satılması planlaşdırılır.