16:36 - 6.07.2018
6 iyul, Fineko/abc.az. Azərbaycan Təhsil Nazirliyinə “İstək” liseyinin təsisçisi müraciət edib.
Nazirliyin məlumatına görə, “İstək” liseyinin təsisçisi fəaliyyətini dayandırmaq qərarı ilə əlaqədar liseyin pedaqoji və şagird tərkibinin yerləşdirilməsində kömək üçün müraciət edib.
“Nazirlik yanında artıq liseyin şagird və pedaqoji tərkibinin bölgüsü üzrə xüsusi işçi qrupu yaradılmışdır”, - deyə nazirlikdən bildirildi.
“İstək” liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanmır.
10 İyul 2026
10 İyul 2026