12:58 - 2.07.2018
2 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin satışı üzrə hərraclar təşkil etməyi davam edir.
Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac iyulun 31-də keçiriləcək.
“Hərraca 73 obyekt, o cümlədən, 21 səhmdar cəmiyyəti, 31 kiçik dövlət müəssisəsi və obyekti, 17 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi çıxarılacaq”, - məlumatda belə deyilir.
Obyektlərlə privatization.az və emdk.gov.az linklərə keçid almaqla tanış olmaq olar.
10 İyul 2026
10 İyul 2026