12:34 - 11.06.2018
11 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərraclar keçirməyi davam edir.
Komitənin məlumatında deyilir ki, növbəti hərrac iyulun 10-da keçiriləcək.
“Hərraca 164 obyekt, o cümlədən, 97 kiçik dövlət müəssisəsi və 67 qeyri-yaşayış sahə çıxarılacaq. Bakı, Qax, Mingəçevir və digər regionlarda yerləşən obyektlərin ilkin hərrac qiyməti 900 manatdan 400 min manata qədər təşkil edir”, - məlumatda belə deyilir.
10 İyul 2026
10 İyul 2026