14:02 - 9.09.2022
9 sentyabr, Fineko/abc.az Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.
O, universitetin kollektivinə təqdim edilib.
Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.
9 İyul 2026
9 İyul 2026
9 İyul 2026