16:16 - 23.08.2022
23 avqust, Fineko/abc.az. 2022-ci ilin iyul ayı ərzində 27 065 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11.9% çoxdur.
ABC.AZ Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, aylıq göstəricinin 6 311-i (23.3%-i) ilkin, 20 754-ü (76.7%-i) isə təkrar qeydiyyatın payına düşür.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində ilkin qeydiyyat 26.8% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 994-ü fərdi yaşayış və bağ evi, 7 790-ı mənzil, 14 448-i torpaq sahəsi, 252-si qeyri-yaşayış binası, 520-si qeyri-yaşayış sahəsi, 59-u əmlak kompleksi, 2-si çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin iyul ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 27.6%-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Dövlət Xidmətinin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,1 dəfə artaraq 2539 olub.
10 İyul 2026
10 İyul 2026