10:52 - 22.08.2022
22 avqust, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Atabank" ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.
ABC.AZ-ın məlumatına görə, sözügedən hərrac sentyabrın 7-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək.
Məlumatda qeyd edilib ki, daşınar əmlaklar 198 ədəd depozit qutusudur. Daşınar əmlakların ilkin satış qiyməti 5940 manatdır.
Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
10 İyul 2026
10 İyul 2026