10:40 - 9.08.2021
9 avqust, Fineko/abc.az. “Akkord Asfalt” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ banker.az-a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında qeyd edilir.
Məlumata əsasən, “Akkord Asfalt” MMC-nin vergi borcu 138 499 manatdır. Bu vergi borcu 08.08.2021-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Akkord Asfalt” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 7 665 385 manatdır və qanuni təmsilçisi Anar Məmmədovdur.
Onu da qeyd edək ki, tam hüquqi adı ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Akkord Hydrotechnıcal Constructıon Company” MMC-nin dövlət qarşısında (4 avqust 2021-ci il tarixinə) 1 718 510 manat həcmində vergi borcu olduğu məlum olub.