12:49 - 8.02.2018
8 fevral, Fineko/abc.az. Bakıda daşınmaz əmlakın bahalaşacağı gözlənilir.
“MBA Group” şirkətinin rəhbəri Nüsrət İbrahimov Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, 2017-ci ilin sonundan başlayaraq neft bahalaşmağa başlayıb.
“Bu dinamikaya istinad olunsa, təxminən 3-6 aydan sonra, yəni mart-avqust aylarında paytaxtın daşınmaz əmlak bazarında, xüsusən mənzil bazarında qiymətlərin artımı müşahidə ediləcək. Artım ikirəqəmli olacaq, yəni azı 10% təşkil edəcək”, - deyə N.İbrahimov bildirib.
10 İyul 2026
10 İyul 2026