10:52 - 10.09.2020
10 sentyabr, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirmiş və uzun illər kompleksi idarə etmiş “Bakı-XXI Əsr” MMC-nin fəaliyyəti dayandırılıb.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, fəaliyyətinə xitam verilən adıçəkilən MMC “Top Properties” MMC-yə qoşulub.
Sonuncu isə “Bakı-XXI Əsr” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Qeyd edək ki, bir sıra KİV-lərdə yayılmış məlumata görə, “Bakı XXI Əsr” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova məxsus olub.
Müəllif: Elmir Murad