16:30 - 22.06.2020
22 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Bəhruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.