10:57 - 18.01.2018
18 yanvar, Fineko/abc.az. Azərbaycan vətəndaşları Gürcüstanda daşınmaz əmlak almağa başlayıblar.
Bunu, Fineko/abc.az İnformasiya Agentliyinə “Liste Development” şirkətindən bildirdilər. Məlumata əsasən, yalnız 2017-ci il ərzində şirkətə müraciət edən və Gürcüstanda daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı 50-yə çatıb.
“Gürcüstanda bürokratik əngəllərin aşağı səviyyədə olması investorların bura marağını artırır, o cümlədən daşınmaz əmlak sektoruna yatırım edənlərin artmasına səbəb olur. Tbilisidə təmirsiz evlərin qiyməti yerləşmə yerindən aslı olaraq kv.metr üzrə 1300-3000 dollar arasında dəyişir. Qaradəniz sahili kurort bölgələrdə isə satılan təmirli və hər bir mebellə təmin edilən evlər kv.metr üzrə 1600-1700 dollara təklif edilir”, - deyə şirkətdən bildirdilər.
“Liste Development” şirkəti Gürcüstanın bölgələrində şəhərsalma və kurort sahələrinin tikintisi üzrə ixtisaslaşmışdır.
10 İyul 2026
10 İyul 2026