12:57 - 8.01.2018
8 yanvar, Fineko/abc.az. Bakının tikinti materialları bazarında sement bahalaşıb.
“AF Euro Home” tikinti materialları bazarından Fineko/abc.az İnformasiya Agentliyinə bildirilib ki, dekabrın 25-dən etibarən sement istehsalçıları olan “Norm” və “Holcim Azerbaijan” şirkətləri öz məhsullarını 5-6%-ə qədər bahalaşdırıb.
“Belə ki, 300 marka Norm və Holcim sementləri 5 manatdan 5,30 manata, 400 marka sementlərin qiyməti isə 6 manatdan 6,30 manata qədər bahalaşıb”, - bazarda belə deyilib.
Şirkətlər qiymət artımının səbəbini açıqlamayıb.
10 İyul 2026
10 İyul 2026