16:36 - 24.12.2019
24 dekabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində bu il oktyabrın 16 və 18-də "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alğı-satqısını uğurla başa çatdırıb.
ABC.AZ MİDA-ya istinadən xəbər verir ki, vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə edib. Ümumilikdə bu günədək keçirilən 5 satışın nəticəsində Yasamal Yaşayış Kompleksində 1.385 ailə güzəştli mənzil alıb.
Qeyd edək ki, dekabrın 25-də kompleksdə qalan 248 mənzil satılacaq.
Müəllif: Elmir Murad