15:51 - 27.11.2017
27 noyabr, Fineko/abc.az. Azərbaycan sərhədçiləri külli miqdarda narkotik vasitələrin qaçaqmal yolu ilə Azərbaycana gətirilməsinin qarşısını alıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir: “Azərbaycan sərhədçiləri tərəfindən Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında dövlət sərhədinin pozulmasının qarşısı alınmış, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu, İran İslam Repsublikasının vətəndaşları Sasanian Vəhdət Qasım oğlu və Qəvipur Xotpesara Fərəc oğlu yaxalanıb”.
İran vətəndaşlarının saxlanılması zamanı onların üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunmuşdur.