16:45 - 28.03.2019
28 mart, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MIDA) Yasamal kompleksində sosial mənzillərin satışının ikinci mərhələsini başa vurdu.
MIDA-nın məlumatına görə, 1-7 binalardakı 174 mənzildən 152-si satıldı.
“Satışa çıxarılan mənzillərdən 37-si birotaqlı, 83-ü ikiotaqlı, 32-si üçotaqlıdır. 34 mənzili sahibləri öz xərcləri ilə, 118 mənzili isə güzəştli ipoteka hesabına əldə etmişlər”, - məlumatda belə deyilir.